Komandamız növbəti uğurunu “SuperSun”la qazandı - Foto

komandamiz-novbeti-ugurunu-supersunla-qazandi
Oxunma sayı: 1161

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak edib.

Qafqazinfo” xəbər verir ki, 27 ölkədən 1800 aşpazın yarışdığı festivalda komandamız 4 qızıl, 4 gümüş, 5 bürünc medal, 3 komanda sinfindən bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomu ilə təltif olunub. Yeməklərin “Super Sun” yağı ilə bişirilməsi ölkəmizin 16 sinifdən 15-ində yüksək nəticə əldə komandamız yüksək nəticə göstərməsində mühüm rol oynayıb.

Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.