Komandir vəfat etdi

komandir-vefat-etdi
Oxunma sayı: 6418

Qarabağ savaşının əfsanəvi komandirlərindən biri Mobil Yusifov vəfat edib.

Qafqazinfo” xəbər verir ki, M. Yusifov ötən gün Bakıda şadlıq evlərinin birində keçirilən toy mərasimində iştirak edib. Elə toy zamanı foyedə oturan komandir dünyasını dəyişib.

Bizimyol.info isə yazır ki, maraqlısı ondadır ki, dünyasını dəyişən şəxs öləcəyini toya gəlməmişdən əvvəl yaxınlarına söyləyib. Ona məclisə qatılmamağı məsləhət görüblər, lakin buna məhəl qoymayıb.

Qeyd edək ki, M. Yusifov Qarabağ savaşında 814 saylı Füzuli özünümüdafiə batalyonunun komandiri olub.

Mobil Yusifov 13 dekabr 1955-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2014-cü ildə Silahlı Qüvvələrdən ehtiyata tərxis olunub.