Konora Moskvada butulka atdılar - Video

konora-moskvada-butulka-atdilar
Oxunma sayı: 4888

Moskvada otellərin birində açıq məşq keçirən irlandiyalı döyüşçü Konor Makqreqor gözlənilməz situasiya ilə üzləşib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, məşq zamanı Konora zaldan butulka atılıb. Cəld tərpənən Makqreqor zərbədən yayına bilib. İrland döyüşçünün ünvanına təhqirlər səsləndirməyə hazırlaşan hücumçunu mühafizəçilər zaldan çıxarıb. Bundan sonra Konor “Gördünüz, kimdir qorxaq? Budur mənəm, gəlin, gəlin” deyib.

Xatırladaq ki, Makqreqora butulka hücumunun dağıstanlılar əleyhinə təhqiramiz fikirlər səsləndirməsi ilə əlaqədar olduğu ehtimal edilir.