“Kontakt”dan Sevgililər Gününə özəl kampaniya - 50%-dək endirim

kontaktdan-sevgililer-gunune-ozel-kampaniya
Oxunma sayı: 1223

Fevral ayı gəldi, sevgililər məlum tarixlə bağlı romantik planlar qurmağa başladı. “Kontakt” isə həm sevgililərin, həm də sevgiyə dəyər verən hər kəsin rahatlığını düşünürək “Ürəyə toxunan” kampaniyaya start verdi.

Belə ki, sabahdan fevralın 18-dək şəbəkənin istənilən mağazasına baş çəkib nağd alışda 50%-dək endirimlərdən yararlana bilərsiniz. Hissəli alışla məhsul almaq istəyirsinizə onda smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət texnikası, qab-qacaq ev tekstilini 18, mebelləri isə 24 ay ilkin ödənişsiz, faizsiz, üstəlik komissiyasız imkanlarla almaq mümkün olacaq.

Sadalanan bütün şərtlər eynilə kontakt.az onlayn mağazasında da keçərlidir. Uzun sözün qısası indi isə gəlin sizin üçün faydalı olacaq təkliflərin bəzilərinə diqqət yetirək. Belə ki:

· 3 rejimdə çalışan, 2200 Vt-lıq Rowenta hava fenini nağd alışda 130 yox, cəmi 40 manata;

· Ölçüləri 80x120x80 olan Alyans Vertu mətbəx masasını 300 deyil, cəmi 180 manata;

· 256 GB yaddaşlı Xiaomi Redmi Note 13 smartfonunu hissəli alışda ayda cəmi 29 manata;

· 109 sm ekranlı smart Samsung televizorunu ayda cəmi 49 manata;

· 66 l tutumlu Bosch sobasını ayda cəmi 55 manata ala bilərsiniz.

Odur ki, bütün təklifləri vaxtında dəyərləndirin deyirik. Şəbəkənin sizə yaxın ünvanını buradan tapa, suallarınıza isə *6060 Çağrı Mərkəzinə zəng etməklə cavab tapa bilərsiniz.