“Koronavirusa görə tibb işçiləri ölərsə, onlara xüsusi status verilsin”

koronavirusa-gore-tibb-iscileri-olerse-onlara-xususi-status-verilsin
Oxunma sayı: 2735

“Koronavirusla mübarizədə vəfat edən tibb işçisinə xüsusi status verilsin”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında təklif edib.

O qeyd edib ki, Türkiyədə koronavirusla mübarizədə vəfat edən həkimə şəhid, bu prosesdən ziyan çəkənlərə isə qazi statusu verilir: “Təklif edirəm ki, bizdə də koronavirusla mübarizədə hər hansı tibb işçisi vəfat edərsə, ona xüsusi status verilsin”.