Koronavirusdan ilk Fransa vətəndaşı öldü

Koronavirusdan ilk Fransa vətəndaşı öldü
Oxunma sayı: 1383

Parisdə ilk Fransa vətəndaşı koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BFMTV telekanalı Səhiyyə şöbəsinin müdiri Jer Salomona istinadən məlumat yayıb.

Bildirilir ki, çox ağır vəziyyətdə olan 60 yaşlı kişi fevralın 26-sı, gecə saatlarında Pitye-Salpetriyer xəstəxanasında vəfat edib.

Qeyd olunur ki, hazırda Fransada 16 koronavirusa yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, fevralın 15-də Fransada 80 yaşlı Şimali Koreya vətəndaşı dünyasını dəyişib. Bu, Avropada COVID-19-dan ilk ölüm hadisəsi olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi