Koronavirusla bağlı sosial şəbəkələrdə yalan yayan 10 nəfər həbs edilib

koronavirusla-bagli-sosial-sebekelerde-yalan-yayan-10-nefer-hebs-edilib
Oxunma sayı: 3363

“Koronavirusla bağlı yalan məlumat yayan 155 nəfər məsuliyyətə cəlb edilib”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu DİN-in vəzifəli şəxsi Əziz Baqişev deyib. 

O bildirib ki, koronavirusla bağlı sosial şəbəkələrdə yalan məlumat yayan 10 nəfər həbs edilib, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq edilib: 

“Bir daha vətəndaşlara müraciət edirik ki, yalnız Operativ Qərargahın yaydığı məlumatlara etibar etsinlər”.

İbrahim Məmmədov əlavə edib ki, sensasiya xarakterli doğru olmayan məlumatları yayanlar arasında tanınmış jurnalistlər də var: “Biz arzu etmirik ki, bu məsələni hüquq - mühafizə orqanları tənzimləsin. Buna görə də yalnız rəsmi məlumatları yaymaq və əldə edilən məlumatı dəqiqləşdirmək lazımdır”.

Murad Əhməd