Kosmosda da robotlar işləyəcək

kosmosda-da-robotlar-isleyecek
Oxunma sayı: 1360

NASA-nın insanabənzər “Valkyrie” robotları tezliklə kosmosda işləyəcək.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hündürlüyü 188 santimetr və çəkisi 136 kiloqram olan robot Texas ştatının Conson Kosmik Mərkəzində uğurla sınaqdan keçirilib.

“Valkyrie” təbii fəlakətlərin vurduğu ərazilərdə mühəndis kimi işləmək üçün nəzərdə tutulub. Robotlar insanlar kimi eyni alət və avadanlıqlardan istifadə edə biləcəklər.

Mühəndis funksiyasını daşıyan insanabənzər robotlar kosmik gəminin xaricində nasaz işləyən avadanlıqları yoxlamaq kimi riskli vəzifələri yerinə yetirəcəklər.