Kral müalicəsini davam etdirmək üçün Londona qayıtdı

kral-mualicesini-davam-etdirmek-ucun-londona-qayitdi
Oxunma sayı: 1476

Xərçəng diaqnozu qoyulan Britaniya kralı III Çarlz müalicəsini davam etdirmək üçün Londona qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, Britaniya paytaxtına qayıtmazdan əvvəl monarx Norfolkdakı Sandrinqem sarayında olub.

Kral orada Britaniyanın Baş naziri Rişi Sunakla onlayn həftəlik iclas keçirib.

Nəşrin mənbəsi iddia edir ki, III Çarlz Londonda bir neçə görüş keçirəcək və həmçinin xərçəng müalicəsinin ikinci kursundan keçəcək. 

Qeyd edək ki, Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub. Xəstəliyin 75 yaşlı monarxda prostat vəzinin böyüməsi ilə bağlı prosedurlar zamanı aşkarlandığı bildirilir.