Kraliça qalmaqallı prodüserin medalını geri aldı

kralica-qalmaqalli-produserin-medalini-geri-aldi
Oxunma sayı: 1745

Britaniya kraliçası II Yelizaveta çox sayda qadına təcavüz edən amerikalı prodüser Harvi Vaynşteynə verdiyi şərəf medalını geri alıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın rəsmi qəzetində yayımlanan xəbərdə Vaynşteynə 29 yanvar 2004-cü il tarixində verilmiş Britaniya İmperiyasının şərəf nişanının ləğv ediliyi yazılıb.

68 yaşlı prodüser fevralın 24-də keçirilmiş məhkəmə qərarı ilə 23 il həbs cəzası alıb.