Kremldən Əliyev-Paşinyan görüşü barədə - Açıqlama

kremlden-eliyev-pasinyan-gorusu-barede
Oxunma sayı: 4725

“Dekabrın 26-sı Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar aparılmayıb. Lakin İlham Əliyev və Nikol Paşinyanın ayaqüstü təmaslar aparmaq imkanı olub”.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, tərəflər sülh müqaviləsini imzalamağa doğru irəliləyirlər: “Biz Bakı ilə İrəvanda siyasi iradənin mövcudluğunu görürük. Hesab edirik ki, sülh müqaviləsinin imzalanması həm hər iki ölkə, həm də ümumilikdə regionda sülhün sabitliyi üçün faydalı olacaq”. 

Xatırladaq ki, dünən Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.