Qırğızıstanlı Taalatbek Masadıkov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı mətbuat konfransında KTMT-nin hazırkı baş katibi İmanqali Tasmaqambetov açıqlayıb.
O, 2026-cı il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, 64 yaşlı T.Masadıkov beynəlxalq münasibətlər sahəsi üzrə ekspertdir və 2024-cü ilin yanvarında KTMT baş katibinin müavini təyin edilib.
Son xəbərlər
Son Xəbərlər