Külək Yasamalda təhlükəli vəziyyət yaratdı - Video

kulek-yasamalda-tehlukeli-veziyyet-yaratdi
Oxunma sayı: 1470

Paytaxtın Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündən güclü külək səbəbindən dəmir parçası qoparaq asılı vəziyyətdə qalıb və ətrafdakı insanlar üçün təhlükəli vəziyyət yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

Məlumatla əlqədar dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə dəmir parçası götürülərək yaranmış təhlükə aradan qaldırılıb.