Kürdəmir polisinin rəisi Penitensiar Xidmət rəsinin birinci müavini oldu

kurdemir-polisinin-reisi-penitensiar-xidmet-resinin-birinci-muavini-oldu
Oxunma sayı: 10395

Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub.

Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından Virtualaz.org-a verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, bundan əvvəl prezidentin fərmanı ilə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Ceyhun Həsənov Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinə rəis təyin edilib.

Onu da qeyd edək ki, əvvəllər Penitensiar Xidmət rəisinin birinci müavini vəzifəsini vaxtilə prezidentin mühafizəçisi olmuş Mahir Musayev icra edirdi. M.Musayev 2015-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.