Kürdəmirdə ağır qəza - 2 nəfər öldü

kurdemirde-agir-qeza
Oxunma sayı: 2780

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, İmişliyə gedən yolun Sorsor kəndindən keçən hissəsində "Mercedes" markalı 2 avtomobil toqquşub. Nəticədə sürücülərdən biri və qadın sərnişin aldıqları ağır xəsarətlərdən vəfat edib. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.