Kürə düşən 18 yaşlı qız son anda xilas edildi - Fotolar+Video

kure-dusen-18-yasli-qiz-son-anda-xilas-edildi
Oxunma sayı: 5747

Bu gün Kür çayının Mingəçevirdən keçən hissəsində gənc qız batma təhlükəsi ilə üzləşib.

“Qafqazinfo”nun xəbərinə görə, ehtiyatsızlıqdan suya düşən 18 yaşlı Gülüstan Qasımovanı çayda motorlu qayıq sürən Xəyal Ağayev ölümdən qurtarıb. Mingəçevir şəhər xəstəxanasına yerləşdirlən qızın vəziyyəti kafi qiymətləndirilir.

Elmar Əli