Kurskda aerodroma PUA ilə hücum edildi, yanğın başladı - Video

kurskda-aerodroma-pua-ile-hucum-edildi-yangin-basladi
Oxunma sayı: 2409

Rusiyanın Kursk şəhərində pilotsuz uçuş aparatı (PUA) ilə aerodrom yaxınlığına zərbə endirilib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kursk vilayətinin qubernatoru Roman Starovoyt açıqlayıb.

Məlumata görə, hücum nəticəsində neft çənində güclü yanğın baş verib. 

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.