“Kurtlar Vadisi” ekranlara qayıdır

kurtlar-vadisi-ekranlara-qayidir
Oxunma sayı: 8921

Azərbaycanda da böyük maraqla izlənilən “Kurtlar Vadisi” serialının yeni bölümləri çəkiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, ekran işində yenə baş rolu Necati Şaşmaz canlandıracaq. Serialın yayıma nə zaman başlayacağı hələlik açıqlanmayıb.

“Kurtlar Vadisi Kaos” adlanacaq yeni serialın Acun Ilıcalının sahibi olduğu “Exxen”də yayımlanacağı bildirilir.