La-Manş boğazını keçmək istəyən 5 nəfər öldü - Biri uşaqdır

la-mans-bogazini-kecmek-isteyen-5-nefer-oldu
Oxunma sayı: 1312

Biri uşaq olmaqla 5 nəfər kiçik qayıqla La-Manş boğazını keçmək istəyərkən həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fransa rəsmilərinin sözlərinə görə, qayıq bu gün səhər Fransanın şimalındakı Wimereux çimərliyindən yola düşüb.

La-Manş və Şimal dənizinə cavabdeh olan Fransa rəsmiləri qayıqda 100-dən çox adamın olduğunu bildiriblər.