Lavrov Abdullahianla telefonla danışdı

lavrov-abdullahianla-telefonla-danisdi
Oxunma sayı: 963

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb. 

Məlumata görə, nazirlər söhbət zamanı iki ölkə arasında yeni sazişin hazırlanması prosesi, eləcə də iqtisadi-ticarət, nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Bununla yanaşı, tərəflər Yaxın Şərqdə gərginliyin artması barədə fikir mübadiləsi aparıblar.