Lavrov Zelenskini Rusiyaya dəvət etdi

lavrov-zelenskini-rusiyaya-devet-etdi
Oxunma sayı: 3889

“Moskva Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donbassı deyil, iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırdır. Donbass Ukraynanın daxili məsələsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya, Soçiyə və yaxud Sankt-Peterburqa gəlsin”, - deyə Lavrov söyləyib.

Həmçinin oxuyun: Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı - Bir küçədə 22 mənzil

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə və nizamlamaq üçün Türkiyəyə dəvət edib.

Xəbəri rus dilində oxuyun: Хафиз Мамедов не отпущен на свободу