Lavrovdan Qarabağ müzakirəsi - “Şəxsən prezident Putin...”

lavrovdan-qarabag-muzakiresi
Oxunma sayı: 11752

Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransı keçirib. 

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Lavrov tərəfləri ciddi şəkildə atəşkəslə bağlı razılığa əməl etməyə və yeni razılaşmanı pozmamağa çağırıb:

“Biz bilirik ki, indi Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında hansı mərhələdir. Şəxsən prezident Putin səy göstərdi ki, zorakılıq qığılcımı dayandırılsın".

Lavrov qeyd edib ki, siyasi həllə gəlincə, Rusiya mümkün hər şeyi etməyə hazırdır: "Rusiya Dağlıq Qarabağda etimad tədbirlərinin reallaşmasını gecikdirməməyə çağırır".

Rusiya XİN rəhbəri Ankaranın Qarabağla bağlı səsləndirdiyi bəyanatları isə qəbuledilməz adlandırıb: "Bu sülhə deyil, müharibəyə çağırışdır".

Lavrov tərəflərin Kazan razılaşmasına necə yanaşması ilə bağlı jurnalistin sualını cavablandırıb: “Birbaşa iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan razılaşmasını rədd etmir".