“Legiya”nın baş məşqçisi Mahirdən narazıdır

legiyanin-bas-mesqcisi-mahirden-narazidir
Oxunma sayı: 5123

Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün “Legiya”nın “Napoli”yə qarşı keçirəcəyi matçda iştirak etməyə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.

Bildirilib ki, komandanın baş məşqçisi Çeslav Mixneviç forvarddan narazıdır. O, Emrelinin ölkə çempionatının son turunda “Lex”ə qarşı matçda zəif çıxış etdiyini deyib və başqa futbolçuya şans vermək haqqında düşünür.

Qeyd edək ki,  “Napoli” – “Legiya” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.