Lənkəranda 22 yaşlı gənci maşın vurdu - Fotolar

lenkeranda-22-yasli-genci-masin-vurdu
Oxunma sayı: 1286

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, “KİA Ceed” markalı minik avtomobili hərəkətdə olarkən Lerik rayonunun Livədirgə kənd sakini 2003-cü il təvəllüdlü Xaqani İbadovu vurub. 

Sürücü tərəfindən rayon xəstəxanasına çatdırılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov