Lənkəranda hoteldə yanğın - Video - Yenilənib

lenkeranda-hotelde-yangin
Oxunma sayı: 8233

Lənkəranda hoteldə yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “Panorama” hoteldə baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

***

FHN-dən bildirilib ki, “Panorama” hotelində baş vermiş yanğın söndürülüb. Xəsarət alan yoxdur.

***

“Qafqazinfo”​nun əldə etdiyi məlumata görə, bir neçə il əvvəl sözügedən hoteldə qətl törədilib. 

Kriminal aləmə yaxın şəxslər arasında baş verən münaqişə zamanı bir nəfər tapança ilə vurularaq öldürülüb. Hadisədən sonra hotel fəaliyyətini dayandırıb, bir müddət əvvəl isə başqa sahibkar tərəfindən fəaliyyəti yenidən bərpa edilib.

Sail Ağasəlim