Leyla Əliyeva övladları ilə şənliyə qatıldı - Fotolar

leyla-eliyeva-ovladlari-ile-senliye-qatildi
Oxunma sayı: 8678

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub.

“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birlikdə iştirak edib.

Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəliblər. Budəfəki şənlikdə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən uşaqlar iştirak etdilər.

Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alılbar, burada gözəl istirahət ediblər, əylənib oynayıblar.

Şənliyin sonunda 200-dək uşağa Heydər Əliyev Fondunun hədiyyələri verilib.