“Leyptsiq” Avroliqanın pley-offuna vəsiqə qazandı

“Leyptsiq” Avroliqanın pley-offuna vəsiqə qazandı
Oxunma sayı: 3892

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun oyunlarına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

21:45. PSJ (Fransa) - "Brügge" (Belçika)

21:45. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 8, "Leyptsiq" - 4, "Brügge" - 4.

B qrupu

00:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

00:00. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Liverpul" - 15, "Portu" - 5, "Milan" - 4, "Atletiko" - 4.

C qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə)

00:00. "Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya)

Xal durumu: "Ayaks" - 15, "Sportinq" - 9, "Borussiya" - 6, "Beşiktaş" - 0.

D qrupu

00:00. "Real Madrid" (İspaniya) - "İnter" (İtaliya)

00:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova)

Xal durumu: "Real Madrid" - 12, "İnter" - 10, "Şerif" - 6, "Şaxtyor" - 1.

Qeyd edək ki, indiyədək "Mançester Siti", PSJ, "Liverpul", "Ayaks", "Sportinq", "Real Madrid" və "İnter"lə yanaşı, Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klubları da 1/8 finala adlayıb.

***

UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

Bu gün nəzərdə tutulan 8 qarşılaşmadan ikisi artıq başa çatıb.

A qrupu

21:45. PSJ (Fransa) - "Brügge" (Belçika) - 4:1

Qollar: Kilian Mbappe, 2; 7. Lionel Messi, 38; 76 (pen.) - Mats Rits, 68

21:45. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:1

Qollar: Dominik Soboslai, 24. Andre Silva, 71 - Riyad Mahrez, 71

Qırmızı vərəqə: Kayl Uoker, 83 ("Mançester Siti")

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 11, "Leyptsiq" - 7, "Brügge" - 4.