Lidokain uşaq ölümünə səbəb oldu - Rusiyada

lidokain-usaq-olumune-sebeb-oldu
Oxunma sayı: 666

Rusiyada lidokain dərmanı 10 yaşlı qızın ölümünə səbəb olub.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bədbəxt hadisə Omsk vilayətində baş verib. Belə ki, lidokain iynəsi vurulan azyaşlı komaya düşüb. Həkimlər müəyyən ediblər ki, sözügedən dərman uşağa vurulan zaman  alergik təsiri yoxlanmayıb və böyrək çatışmazlığı olan azyaşlı ölüb.  

Artıq hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Aysel Kərimova