Livana zərbə endirildi - 492 ölü - Yenilənib

livana-zerbe-endirildi
Oxunma sayı: 10014

İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Walla” portalı yayıb. 

Bildirilib ki, İsrailin Müdafiə ordusu hücumlara hazırlıq əlamətləri müşahidə etdiyindən hərəkatın obyektlərini vurub.

***

“Reuters” agentliyinin məlumatına görə, İsrail ordusunun Livanın cənubuna zərbələr endirməsi nəticəsində azı 50 nəfər həlak olub.

Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində 300-dən çox şəxsin isə yaralandığını açıqlayıb.

***

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində həlak olanların sayı 182-yə, yaralıların sayı isə 727 nəfərə çatıb. 

Yaralılardan əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Bununla yanaşı, ölənlərin sayının artacağı istisna edilmir.

***

Livanın səhiyyə naziri Firas Abyad bildirib ki, hücum nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1024 nəfər isə yaralanıb.

***

Livanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hücum nəticəsində ölən və yaralananların sayı artıb.

Bildirilib ki, ölənlərin sayı  325-ə, yaralananların sayı isə 1200 nəfərə yüksəlib.

***

İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 492 nəfərə çatıb.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 1645 nəfər xəsarət alıb.