Lökbatanda palçıq vulkanı püskürdü

lokbatanda-palciq-vulkani-puskurdu
Oxunma sayı: 1276

Lökbatanda palçıq vulkanı püskürüb. 

“Qafqazinfo” Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, palçıq vulkanlarının seysmik monitorinqi şəbəkəsi tərəfindən növbəti püskürmə bu gün yerli vaxtla saat 04:04-də qeydə alınıb.

Püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada olub. Birinci faza yerli vaxtla 04:04-də, ikincisi 05:20-də, üçüncüsü isə 05:31-də qeydə alınıb.

Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.