Lökbatanda qəza, sürücü köməksiz vəziyyətdə qaldı - Video

lokbatanda-qeza-surucu-komeksiz-veziyyetde-qaldi
Oxunma sayı: 597

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarında quraşdırılan reklam dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib. Avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1985-ci il təvəllüdlü sürücü Səmədov Əlibaba Sülhiddin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.