Lökbatanda şəhidin anım mərasimi keçirildi - Fotolar

lokbatanda-sehidin-anim-merasimi-kecirildi
Oxunma sayı: 1287

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şaiq Kəlbiyevin il mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar.