Londonda qol yağışında islandıq - 6-0 + Video

londonda-qol-yagisinda-islandiq
Oxunma sayı: 11570

Bu gün UEFA Çempionlar Liqasında 2017/2018-ci il mövsümünə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” klubu qitənin ən nüfuzlu klub turnirində ilk oyununu “Çelsi”yə qarşı keçirəcək. Matçın start fiti Bakı vaxtilə 22:45-də veriləcək. 

12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Anastasios Sidiropoulos 
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos 
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)
London. “Stemford Bric”

***

Çempionlar Liqasının qrup mərhələsində bir qədər sonra başlayacaq “Çelsi” – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

“Çelsi”: 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. N'Qolo Kante, 11. Pedro Rodriges, 21. Davide Zappakosta, 22. Villian, 23. Mişi Batşuayi, 24. Qari Keyhill (k), 27. Andreas Kristensen, 28. Sezar Aspilikueta

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

***

6-cı dəqiqədə Pedro cərimə meydançasının kənarından topu "Qarabağ"ın qapısından keçirir. "Çelsi" erkən qol vuraraq hesabda 1-0 önə keçdi.

30-cu dəqiqədə fərq 2 topa çatır. Zappakosta sağ cinahdan sürətlə irəliləyərək uzaqdan zərbə ilə qol vurub. "Çelsi" hesab 2-0 öndədir.

55-ci dəqiqədə "Çelsi" 3-cü qolu vurur. Qolun müəllifi Sezar Aspilikuetadır.

72-ci dəqiqədə "Çelsi" daha bir qol vurur. Oyuna sonradan daxil olan Bakayoko hesabı 4-0 edir.

Bu qoldan 3 dəqiqə sonra Batşuayi də fərqlənir. Hesab artıq 5-0 oldu.

82-ci dəqiqədə Maksim Medvedev avtoqol müəllifi olur. "Çelsi" 6-0 öndədir.

Beləlikə, "Qarabağ" yağışlı hava şəraitində keçən matçda "Çelsi"yə 6-0 uduzdu.