Londonu su basdı, xəstəxanaların girişi bağlandı - Video

londonu-su-basdi-xestexanalarin-girisi-baglandi
Oxunma sayı: 2603

Londonda güclü yağışlar səbəbindən şəhərin xəstəxanalarına giriş qeyri-mümkün olub.

“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, yağışların səbəb olduğu daşqın səbəbindən Londonda xəstəxanalarda xəstə qəbulu dayandırılıb. 

Məlumata əsasən, şəhərin azı iki xəstəxanası pasiyentlərə müvəqqəti olaraq digər tibb müəssisələrindən istifadə etməyi təklif ediblər.

Həmçinin qeyd olunur ki, şəhərin su altında qalması xaosa səbəb olub. Belə ki, 8 metro stansiyası bağlıdır, sürücülər suda batmış avtomobillərində iflic vəziyyətdə qalıb. Onların bəzilərini xilasedicilər qayıqla təxliyyə edib.