Mahir “Beşiktaş”a gedir? - “Qarabağ”dan açıqlama+Yenilənib

mahir-besiktasa-gedir
Oxunma sayı: 9431

“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Mahir Mədətovun “Beşiktaş”a  transferi geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu gün Türkiyə mətbuatı Mədətovun artıq İstanbul klubu ilə müqavilə imzaladığını yazıb. 

Qardaş ölkədən olan həmkarlarımız, hətta buna aid foto da paylaşıb. 

***

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: “Bu xəbər yalandır. Mahir Mədətov “Beşiktaş”a transfer olunmayıb. Hücumçumuz karyerasını “Qarabağ”da davam etdirir”.