Mahnının sözlərini bilmədiyi üçün döyülən musiqiçi öldü

mahninin-sozlerini-bilmediyi-ucun-doyulen-musiqici-oldu
Oxunma sayı: 7717

Türkiyənin Ankara şəhərinin Çankaya səmtindəki bir əyləncə məkanında 3 nəfər mübahisə etdikləri musiqiçi Onur Şeneri tələb etdikləri mahnını bilmədiyi üçün ağır yaralayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, musiqiçi aparıldığı xəstəxanada dünyasını dəyişib.

Ankara Təhlükəsizlik Müdirliyi hadisə ilə əlaqədar 3 nəfəri nəzarətə götürüb.

Polis bölməsində şübhəlilərin istintaqının davam etdiyi bildirilib.