Mais Məmmədov reanimasiyaya yerləşdirildi

mais-memmedov-reanimasiyaya-yerlesdirildi
Oxunma sayı: 3836

Əməkdar jurnalist Mais Məmmədovun səhhəti pisləşib.

"Qafqazinfo" xəbər verir ki, o, təcili olaraq reanimasiyaya yerləşdirilib. Bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev paylaşım edib.

Onun sözlərinə görə, Mais Məmmədova ağır mədəaltı vəzi xəstəliyi diaqnozu qoyulub.

Qeyd edək ki, M.Məmmədov SSRİ dövründə uzun müddət Mərkəzi televiziyanın - ORT-nin Azərbaycandakı müxbiri işləyib. O, 2007-ci ildən 2016-cı ilədək ANS-də baş müşavir vəzifəsində çalışıb.