MakSimin son vəziyyəti açıqlandı

maksimin-son-veziyyeti-aciqlandi
Oxunma sayı: 3853

Komada olan rusiyalı müğənni Marina Abrosimovanın (MakSim) vəziyyəti dəyişilməz olaraq qalır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun piar meneceri Yana Boquşevskaya “Zvezda” telekanalına açıqlamasında bildirib.

“Hələ ki, dəyişiklik yoxdur. Medikamentoz yuxudadır. Hazırda oksigen aparatına qoşuludur. Zədələnmə faizini azaldırlar. Ağciyərlərini yuyurlar”, - o deyib.

Daha əvvəl müğənni MakSimə pnevnmoniya diaqnozu qoyulub, o, süni komadadır. Onun koronavirus testinin nəticəsi neqativ çıxıb.