Mariya Zaxarova “Ən nüfuzlu qadınlar” - Siyahısında

mariya-zaxarova-en-nufuzlu-qadinlar
Oxunma sayı: 6475

Böyük Britaniyanın Televiziya və Radio Yayımları Şirkəti “BBC” “Dünyanın ən nüfuzlu 100 qadını”nın siyahısını dərc edib.

Qafqazinfo”nun məlumatına görə, siyahıya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da daxil edilib.

“Mariya Zaxarova XİN tarixində müvafiq postu tutan yeganə qadındır. O, öz cəsur və parlaq düşüncələri ilə öz tərzini formalaşdırıb”, - reytinqi hazırlayanlar bildirib.

Qeyd edək ki, M. Zaxarova ilə birlikdə siyahıda daha 4 siyasətçi qadın qərarlaşıb. Onların sırasında ictimai xadim Kərimə Beluc, Fransanın keçmiş ədliyyə naziri Rəşidə Dati, yapon müğənni Deniz Xo və Konqo Demokratik Respublikasından olan fəal Alina Mukova Nyoma var.