Marşrut avtobusu mikroavtobusla toqquşdu - 5 yaralı+Foto

marsrut-avtobusu-mikroavtobusla-toqqusdu
Oxunma sayı: 1848

Qaradağ rayonunda marşrut avtobusunun iştirakı ilə qəza baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub. 

Səhiyyə Nazirliyindən bildirilib ki, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

28, 34, 43, 51 yaşlı kişilər və 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 17 yaşlı oğlana isə yerindəcə yardım edilib.

***

Bakı Nəqliyyat Agentliyi də qəza haqda məlumat yayıb: 

“Bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

“Mercedes” markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövlət Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub. 149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, hadisə “Mercedes” markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.