Martin Şults Türkiyəni sanksiya ilə hədələdi

martin-sults-turkiyeni-sanksiya-ile-hedeledi
Oxunma sayı: 2182

“Brüsseldə keçiriləcək görüşdə Türkiyədə müxalif siyasətçi və jurnalistlərin həbsinə görə Ankaraya sanksiya tətbiq edilməsi məsələsini müzakirə etmək lazımdır”.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin sədri Martin Şults bildirib.

“Bu ilin sonlarında Türkiyənin də üzvü olduğu Gömrük İttifaqında (Gİ) islahatlar keçirilməlidir. Təsəvvürüməı gətirmirəm ki, Türkiyədə müxalifətdən olan millət vəkilləri və jurnalistlərin kütləvi həbs dağlasından sonra Gömrük İttifaqını genişləndirə bilək”, - sədr söyləyib.

Spiker həmçinin qeyd edib ki, əgər Türkiyədə edam hökmü bərpa olunarsa, dövlətin Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı bütün danışıqlar sonlanacaq.

Xatırladaq ki, noyabrın 5-də Türkiyədə “Cumhuriyyət” qəzetinin baş redaktoru Murad Sabunçu da daxil olmaqla 9 əməkdaşı həbs olunub. Eyni gündə HDP-nin sədri Səlahəddin dəmirtaş, həmsədri Figen Yüksəkdağ və 8 deputat haqqında həbs qərarı verilib.