Oğuz rayonunun Qumlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 11-də saat 11 radələrində qeydə alınıb.
Kənd sakini Y.Ramazanovun idarə etdiyi “VAZ-2106” və şəhər sakini F.Bəhərçinovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.
Nəticədə Y.Ramazanov və sərnişini olan həmkəndlisi Əhməd Rəhimov xəstəxanaya yerləşdirilib, Ə.Rəhimov orada ölüb.
Oğuz RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər