“McDonald's” fərqli adla Peterburqda yenidən açıldı - Video

mcdonalds-ferqli-adla-peterburqda-yeniden-acildi
Oxunma sayı: 2680

Amerikanın məşhur “Mcdonald's” restoranlar şəbəkəsi Rusiyanın Sankt-Peterburq şəhərində “Vkusno i toçka” (“Dadlıdır və nöqtə”) adı ilə yenidən açılıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, restoran “Mcdonald's”ın 1996-cı ildə ilk dəfə açıldığı ərazidə fəaliyyətə başlayıb.

Bildirilib ki, bu gün şəhərdə şəbəkənin daha 14 restoranı açılacaq.

Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra bir neçə xarici şirkət kimi, “McDonalds” da mart ayının əvvəlində Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağladığını bəyan etmişdi. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir.

İyunun 12-si isə Moskvada “McDonald's” şəbəkəsinin yenilənmiş ilk restoranı açılıb.