Məcnun Məmmədov Biləsuvarda qəbul keçirəcək

mecnun-memmedov-bilesuvarda-qebul-kecirecek
Oxunma sayı: 900

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 14-ü vətəndaş qəbulu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, nazir saat 09:00-da Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulunu aparacaq.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarının sakinləri Biləsuvar DAİM-ə (051-698-38-99) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.