Media Reyestri fəaliyyətə başladı - Video

media-reyestri-fealiyyete-basladi
Oxunma sayı: 1241

Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən “ASAN Login” vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.

Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin “Tez-tez verilən suallar” bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.

Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla tanış ola bilərsiniz.