Məhəbbət Vəliyeva təhsil nazirinin müavini oldu

mehebbet-veliyeva-tehsil-nazirinin-muavini-oldu
Oxunma sayı: 12711

Təhsil nazirinə yeni müavin təyin edilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, müvafiq sərəncamla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin olunub.
 
Qeyd edək ki, 1968-ci il təvəllüdlü M. Vəliyeva 2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Keçmiş təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.