Məhkəmə Trampla bağlı qərarı qüvvədə saxladı

mehkeme-trampla-bagli-qerari-quvvede-saxladi
Oxunma sayı: 1041

ABŞ-nin Federal Apellyasiya Məhkəməsi ölkə lideri Donald Trampa qarşı təxminən 1 milyon dollar məbləğində cərimə qərarını qüvvədə saxlayıb.

“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, bu qərar ABŞ prezidenti və onun vəkili Alina Habbanın keçmiş ABŞ Dövlət katibi Hillari Klintona qarşı ictimai çəkisi olmayan iddialar qaldırdıqları üçün qəbul edilib. 

Apellyasiya baxışı zamanı məhkəmə Trampın şikayətində fakt kimi istifadə edilə biləcək konkret iddiaların olmadığı qənaətinə gəlib. 

Xatırladaq ki, 2023-cü ilin yanvarında ABŞ Federal Məhkəməsi Trampı və onun vəkilini Klintonun 2016-cı il prezident seçkilərinin nəticələrini saxtalaşdırmağa cəhd etməsi ilə bağlı ittihamlar səbəbindən təxminən 1 milyon dollar cərimələmişdi.