Mehman Hüseynovun yaydığı video ilə bağlı - Rəsmi açıqlama

mehman-huseynovun-yaydigi-video-ile-bagli
Oxunma sayı: 17366

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörüntüyə münasibət bildirib.

"Qafqazinfo"nun məlumatına görə, APA-nın sorğusuna cavab olaraq MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun təşviqat materiallarının çıxarılması ilə bağlı müraciətinə əsasən dairə seçki komissiyası qərar qəbul edərək aidiyyatı polis orqanına müraciət edib.

Məsələ tam araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.   

Qeyd edək ki, M. Hüseynov yaydığı videoda bələdiyyəyə namizədlərin fotolarının sökülməyinə narazılıq edib. O, seçkiqabağı təşviqatın bitmədiyini deyərək, fotoların vaxtından əvvəl lövhələrdən götürüldüyünü iddia edib.