Meksikanın Kitodakı Səfirliyində əməliyyat keçirildi - Diplomatlar yaralandı

meksikanin-kitodaki-sefirliyinde-emeliyyat-kecirildi
Oxunma sayı: 1107

Ekvador polisi Meksikanın ölkədəki Səfirliyində əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Meksikanın xarici işlər naziri Alisiya Barsena öz “X” hesabında paylaşıb. 

Məlumata görə, əməliyyat zamanı bir neçə meksikalı diplomat xəsarət alıb. Ekvador polisinin əməliyyatı keçirməkdə məqsədi səfirliyə sığınan ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlası həbs etmək olub və hüquq-mühafizə orqanlarının əməkdaşları buna nail olub.

Səfirliyə basqınla əlaqədar Meksika Ekvadorla diplomatik əlaqələri kəsib. 

Qeyd edək ki, aprelin 5-də Meksika rəhbərliyi Ekvadorun paytaxtı Kitodakı Səfirliyinin ərazisinə sığınan Xorxe Qlasa sığınacaq verdiyini açıqlayıb. Siyasətçi hazırda ölkəsində korrupsiyada ittiham olunur və 2017-ci ildən 2022-ci ilə qədər həbsxanada cəza çəkib. Əməliyyatdan əvvəl Meksika səfirliyi Qlası həbs etməyə çalışan Ekvador polisini öz ərazisinə buraxmaqdan imtina edib.