Məktəbi bitirən şagirdlərin sayı açıqlandı

Məktəbi bitirən şagirdlərin sayı açıqlandı
Oxunma sayı: 1037

“Builki tədris ilində pandemiyaya görə xeyli sayda fasilələrə getməli olduq”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bu da təhsilə müsbət təsir etmədi:

“Təhsil kifayət qədər çətin vəziyyətlə üz-üzə qaldı. Bu prosesdə səbrlə işləyən müəllimlərimizə, öz övladlarına dəstək olan valideynlərə və məktəb rəhbərliklərinə öz təşəkkürümü bildirirəm”.

Nazir bu il ümumtəhsil məktəblərini bitirən şagirdlərin sayından da danışıb:

“11-ci sinfi 84 069 nəfər bitirəcək. 9-cu sinfi – icbari təhsili isə 131 227 nəfər bitirir”.